Dəmir işlərə aid hər şey
Dəmir dekorasiya və Mühəndislik xidmətləri
TARİX
Şirkətimizin bu sənət macərası hələ 1976-cı ildə bir gəncin fabrikə tornaçı kimi daxil olmasıyla başlamışdır... 20 ildən sonra təqaüdə çıxanda da evinin qarşısındakı kiçik qarajı dəmirçi emalatxanasına çevirərək öz gənclik xəyalını həyata keçirmək üçün çalışmışdır. İlk əvvəllər yalnız addımladığı və gün keçdikcə işləri daha da böyüdüb bir marka halına gətirən atamızın bu yolunu sevgi ilə davam etdirərək, daha böyük uğurlar qazanmağı hədəfləyirik. Həm atamıza, həm də ustamıza məxsus olan incəlik, ölçmə dəqiqliyi bizlərə də işə qarşı həssalıq və mükəmməliyyətçilik olaraq miras qalıb. Bu irsə sektorun yeni trendlərini də əlavə edərək sürətlə böyüdük. 2016-cı ildə bizə yeni qurumlar, iş ortaqları da qoşuldu. Beləcə, müxtəlif sahələrdə təcrübələr qazandıq və hələ də qazanmağa davam edirik.
HAQQIMIZDA
Hər bir müştəri bizim üçün dəyərlidir. Missiyamız işimizə xüsusi həssaslıqla yanaşaraq, müştərilərimizə keyfiyyətli məhsul və xidmət təqdim etməkdir. Bu dəyərlər bizi bugünkü uğura aparan yeganə amildir.
Şirkətimiz yarandığı gündən bəri bir çox köklü dəyişikliklər yaşamışdır. 2016-ci ildə qəbul etdiyimiz qərarlara əsasən, işimizə paralel olan fərqli sahələrdə də ixtisaslaşmağa və fəaliyyət göstərməyə başladıq. Bəzi özəl müqavilələrə və ortaqlıqlara imza atmaqla korporativ inkişaf və perspektiv əldə etməyi bacardıq. MYZIRON firması bu günə qədər dəmir, polad, işlənmiş dəmir, paslanmaz metal kimi materiallardan istehsal edilə bilən bir çox məhsula imza atmışdır. Bununla bərabər, xarici strukturların inşası, inşaat üzləmə (kompozit və s.), niş dekorativ məhsul dizaynları, daxili məkan və bir çox mağaza konsepti kimi çox geniş bir fəaliyyət sahələrimiz mövcuddur. Əlavə olaraq, tərkibimizə üç fərqli emalatxana/qurumu da əlavə etdik və bu qurumları eyni məkanda topladıq.
Bunların arasında tamamilə təhvil almaq surətilə sistemə daxil edilən strukturlar da mövcuddur. İş ortaqlığı vasitəsilə var olan sistemi gücləndirərək hazırlanan birləşmələrə də sahibik. Bu quruluşlarla birlikdə hazırki istehsal şəbəkəmiz dörd hissədən ibarətdir: Dəmir İşləmə Paslanmayan Dəmir və Polad İnşaat Quruluşları İstehsalat Emalatxanası, CNC Emalatxanası, Bükmə Paneli və Kabinet İstehsalı Emalatxanası, Mebel Emalatxanası. Bütün bu emalatxana və komandalar fiziki olaraq fərqli məkanlarda yerləşsələr də, korporativ idarəetmə baxımından MYZIRON adı altında birləşiblər.
VİZYONUMUZ
Bizi biz edən keyfiyyətli xidmət - keyfiyyətli məhsul - məmnun müştərilərimiz və sahib olduğumuz digər mənəvi dəyərlərlə hərəkət etdiyimiz bu yolda hədəflədiyimiz gələcəyə doğru əmin addımlarla irəliləyirik.
Vizyonumuz və xəyallarımız olduqca genişdir: Sadəcə dəmir işləmə və paslanmaz dəmir sahəsində deyil, bir çox paralel sektorlarda da ixtisaslaşaraq keyfiyyət və kəmiyyətcə böyümək, qısa müddətdə korporativ və peşəkar bir perspektiv əldə etməklə, fərdi və ticari müştərilərimizlə birlikdə iş ortaqlarımız üçün yaxşı bir həll tərəfdaşı olmaq. Xülasə, daxili və xarici memarlıq quruluşları və dekorativ məhsul istehsalı ilə yanaşı, makina istehsalında istehsalçıları yan məhsullar və yarımfabrikatlarla təmin edə biləcək konseptə çatmağı xəyal edirik. Gələcəklə bağlı xəyallarımız arasında yeni sənət məhsulları istehsal etmək, yeni dizayn, ixtira və ideyaları dəstəkləyərək yeni işıqlar yandırmaq, yollar açmaq da var.
MİSSİYAMIZ
Biz hər hansı bir işin sadəcə görülməsinə deyil, həmçinin, ən mükəmməl formada yerinə yetirilməsinə səy göstərən və eyni həssaslıqla prioritet olaraq hər zaman keyfiyyəti əsas götürən, bu iş prinsipinin bizə korporativ və əsl peşəkarlıq gətirəcəyinə, daima müştəri məmnuniyyətini qazandıracağına və nəticə olaraq da, uğuru əldə edəcəyimizə inanan, bunu missiya kimi görüb tətbiq edən komandayıq.
İstehsalat
Modern və xüsusi həllər
Gözoxşayan məhsullarımızı peşəkar usta heyətimiz modern avadanlıqlarla hazırlayırlar
Keyfiyyət və Zəmanət
Yüksək keyfiyyətlə hazırladığımız məhsullara zəmanət veririk
Yüksək texnologiyalar
İstehsalatımızda modern avdanlıqlardan, texnologiyalardan istifadə edirik